Day.Az представляет новость на азербайджанском языке
Yevlaxda yanğın qeydə alınıb.
Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Yevlax şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağında çarpayı və yataq dəsti 3 m² sahədə yanıb. Yüksək temperaturdan otağın tavanı 3 m² sahədə qarsalanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz
Источник: