Soğan ucuzlaşdı, pomidor bahalaşdı — İranda

Day.Az представляет новость на азербайджанском языке

İranda son günlər soğanın ixracına tətbiq olunan qadağa bu məhsulun 40% ucuzlaşmasına gətirib çıxarıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tehran Meyvə və Tərəvəz Satıcıları Assosiasiyasının direktoru Həsən Sabiri Herəndi açıqlamasında deyib.

S.Herəndinin sözlərinə görə, əvəzində pomidora tətbiq olunan ixrac qadağasının aprelin 4-dən ləğv edilməsi ilə bu məhsulun qiyməti 2 dəfə artıb.

Direktor əlavə edib ki, meyvə-tərəvəz bazarlarında 1 kiloqram pomidorun qiyməti 50 min riala (təxminən 1,19 dollar) bahalaşıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Источник: day.az

Понравилась статья? Поделиться с друзьями:
Блог о детях
Добавить комментарий