Deputatların maaşı 5 min manat oldu? — RƏSMİ AÇIQLAMA

Day.Az представляет новость на азербайджанском языке

Bu gün bir sıra media orqanlarında yeni ildən millət vəkillərinin əməkhaqları ilə yanaşı, ezamiyyət xərclərinin artırılmasına dair xəbərlər yayılıb.

Yayılan xəbərlərə görə, millət vəkillərinin ezamiyyət xərclərinin aldıqları əməkhaqlarının 100 faizinə qədər yüksəldiyi və hazırda deputatların orta hesabla 5 000 manatdan artıq maaş aldıqları iddia olunur.

Day.Az bildirir ki, Oxu.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Milli Məclisin (MM) mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə əlaqə saxlayıb.

O, bu məsələdən, ümumiyyətlə, xəbərsiz olduğunu deyib.

"Çox istərdim ki, artım olsun. Amma düzünü deyim ki, bu məsələni birinci dəfədir eşidirəm. Əgər belə bir məsələ olsaydı, yəqin ki, eşidərdik".

MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli öz növbəsində yayılan xəbərləri təkzib edib:

"Belə bir məsələ yoxdur. Ancaq gələcəkdə olması da istisna deyil. Çünki bir çox sahələrdə əməkhaqqı artımları baş veribsə, parlamentdə də ola bilər. Amma hələlik heç bir artım yoxdur".

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də millət vəkillərinin əməkhaqlarında artımların baş verməsi ilə bağlı deyilənlərin həqiqət olmadığını diqqətə çatdırıb:

"Hansı 5000 manatdan söhbət gedir? Hamısı yalandır, belə bir məsələ yoxdur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Источник: day.az

Понравилась статья? Поделиться с друзьями:
Блог о детях
Добавить комментарий