3 aylıq körpəsini özü müalicə etmək istədi, ölümünə səbəb oldu

Day.Az представляет новость на азербайджанском языке

Rusiyada övladını evdə özü müalicə edən ananı cərimələyiblər. 

Day.Az medicina.az-a istinadən bildirir ki, Omsk məhkəməsi 33 yaşlı şəhər sakinini öz övladının ölümündə günahkar bilib. Uşaq dünyaya gəldikdən sonra, 2017-ci ilin sonunda ana uşağın bədənində qırmızı ləkələr müşahidə edib. Amma buna baxmayaraq, həkimə müraciət etməkdən imtina edib və uşağı allergiya əleyhinə kremlə özü evdə körpəsini müalicə etməyə başlayıb. 

Nəticədə 3 aylıq körpə dünyasını dəyişib. Tibbi ekspertiza nəticəsində məlum olub ki, uşaq Norveç qoturluğundan dünyasını dəyişib. Xəstəlik zamanı körpənin daxili orqanları iltibahlaşıb və dəri irinləyib. 

Məhkəmə ananı 8 min rubl məbləğində cərimə edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Источник: day.az

Понравилась статья? Поделиться с друзьями:
Блог о детях
Добавить комментарий