Day.Az представляет новость на азербайджанском языке
Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Milli.Az Fonda istinadən xəbər verir ki, qurumun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlikdəki 2019-cu ilin II rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi və təsdiqi.məsələ barədə məlumat verib.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli məsələ ilə bağlı məlumat verərək bildirib ki, 2019-cu ilin ikinci rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə fevralın 1-dən martın 28-dək davam edib. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinın inkişafına dövlət dəstəyi Konsepsiyası"na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 25 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib.
O qeyd edib ki, 2019-cu ilin ilk rübündə maliyyə yardımı ayrılmış əksər qəzetlərin fevral-mart aylarında tiraj və yayımla bağlı Fonda təqdim etdikləri hesabatlar onların ikinci rüb üçün elan edilmiş yeni maliyyələşmə şərtlərinə hazır olmadıqlarını göstərib. İcraçı direktor bildirib ki, Fond bu səbəbdən də güzəştli və humanist yanaşma nümayiş etdirərək fevral-mart aylarında tiraj və yayımla bağlı təqdim olunmuş sənədlər əsasında ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edir.
İcraçı direktor vurğulayıb ki, I kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 20000 manat maliyyə yardımının ayrılması təklif olunur.
II kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 10000 manat maliyyə vəsaitinin ayrılması məqsədəuyğun sayılır.
III kateqoriyaya isə son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlərin daxil edilməsi və onlara aylıq 5000 manat maliyyə vəsaitinin ayrılması təklif olunur.
V.Səfərli bildirib ki, yeni şərtlərə əsasən qəzetlərə ayrılacaq maliyyə yardımının əsaslı şəkildə artırılması nəzərdə tutulur. İcraçı direktor, həmçinin bildirib ki, 2019-cu ilin II rübündə yeni şərtlərə cavab verməyən qəzetlərin maliyyələşdirilməsinin dayandırılması nəzərdə tutulur.
Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə bölgüsü həyata keçirilib. Müşahidə Şurasının üzvləri bu qərarı qəzetlərin mənafeyinə tamamilə cavab verən güzəştli, humanist və optimal yanaşma kimi dəyərləndiriblər.
Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən — Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Rasim Həsənov çıxış edərək vurğulayıblar ki, yeni təkliflər əsasında ayrılan maliyyə vəsaitinin məbləğinin əsaslı şəkildə artımı qəzetlərdə çalışan çoxsaylı jurnalistlərin də mənafeyinə cavab verən məqsədəmüvafiq addımdır.
Müzakirələrin sonunda 2019-cu ilin II rübündə 25 gündəlik, günaşırı və həftəlik ictimai-siyasi qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib (Siyahı aşağıdakı cədvəldə təqdim olunur).
Fondun 2019-cu ilin II rübü üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlər
I kateqoriya — Gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər
№
Qəzetin Adı
Ayrılmış vəsait
(manatla)
1.
"Bakı-Xəbər" qəzeti
20000
2.
"Kaspi" qəzeti
20000
3.
"Yeni Müsavat" qəzeti
20000
4.
"Səs" qəzeti
20000
5.
"Yeni Azərbaycan" qəzeti
20000
6.
"Mövqe" qəzeti
20000
7.
"Kaspiy" qəzeti
20000
II kateqoriya — Günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər
№
Qəzetin Adı
Ayrılmış vəsait
(manatla)
1.
"Həftə İçi" qəzeti
10000
2.
"Novoye Vremya" qəzeti
10000
3.
"Azernews" qəzeti
10000
4.
"525-ci qəzet"
10000
5.
"Xalq Cəbhəsi" qəzeti
10000
6.
"Paralel" qəzeti
10000
7.
"Hürriyyət"
10000
8.
"Olaylar" qəzeti
10000
9.
"Palitra" qəzeti
10000
10.
"Ədalət" qəzeti
10000
11.
"Üç nöqtə" qəzeti
10000
12.
"Azad Azərbaycan" qəzeti
10000
13.
"Şərq" qəzeti
10000
III kateqoriya — Həftəlik ictimai-siyasi qəzetlər
№
Qəzetin Adı
Ayrılmış vəsait
(manatla)
1.
"Oxu Məni" qəzeti
5000
2.
"Unikal" qəzeti
5000
3.
"Hərbi And" qəzeti
5000
4.
"Türküstan" qəzeti
5000
5.
"The Business Times" qəzeti
5000
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Источник: