Gənc oğlan yük maşınının altında qalıb öldü, sürücü hadisə yerindən qaçdı

Day.Az представляет новость на азербайджанском языке

Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində 21 yaşlı kənd sakini Əli Abbasov atası ilə meşəyə gedərkən, içində olduğu  "ZİL" markalı yük maşını aşıb.

Day.Az oxu.az-a istinadən bildirir ki, maşının yük yerində olan gənc oğlan maşının altında qalıb.

O, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Sərnişinin öldüyünü görən sürücü hadisə yerindən qaçıb.

Mərhumun atası İltifat Abbasov isə ciddi xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Источник: day.az

Понравилась статья? Поделиться с друзьями:
Блог о детях
Добавить комментарий