Daşınmaz əmlakla bağlı suallara aydınlıq gətirildi

Day.Az представляет новость на азербайджанском языке

Ötən ay prezident İlham Əliyev çoxmənzilli binaların istismarına icazə verilməsi qaydalarının sadələşdirilməsi ilə bağlı fərman verib. Bu fərman daşınmaz əmlak bazarına necə təsir göstərəcək və yeni tikilən yaşayış binalarında mənzillərin qiymətləri artacaqmı? 

Milli.Az bildirir ki, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov bu və digər sualları cavablandırıb.

E.Azadov bildirib ki, Azərbaycanda 1500-ədək yeni tikili ev var ki, bunun da 500-ü paytaxtdan kəanrda yerləşir.

 

Ekspertin sözlərinə görə, bu gün 100-ədək bina Fövqəladə Hallar Nazirliyinin rəyini almayıb: "100-ədək bina FHN-dən rəy almayıb. Yeni fərmanla isə 300 minədək şəxs mənzil qeydiyyatına düşəcək, 60 minədək mənzil isə qeydiyyata alınacaq". Ekspertin sözlərinə görə, bunadək qeydiyyatda olan və qeydiyyatda olmayan mənzillərin bazar qiymətində 15 faizədək fərq olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Источник: day.az

Понравилась статья? Поделиться с друзьями:
Блог о детях
Добавить комментарий