Day.Az представляет новость на азербайджанском языке
Borçalı Kəndləri Futbol Çempionatında 3-cü mövsümə yekun vurulub.
Milli.Az bildirir ki, ötən ilin dekabrında start götürən 4 ay davam edən turnirdə 19 komanda çempionluq adı uğrunda mübarizə aparıb.
Borçalıda azərbaycanlıların kompakt yaşadığı kəndləri təmsil edən komandalar əvvəlcə iki qrupa bölünüblər. Dairəvi sistemlə keçirilən qrup matçlarından sonra ilk 3 yerin sahibləri birbaşa 1/4 finala yüksəliblər. 4 və 5-ci yerin sahibləri isə aralarında pley-off matçı oynadıqdan sonra qalib gələn komanda bu mərhələyə adlayıb.
Gərgin mübarizə, maraqlı oyunlara səhnə olan turnirin finalında ötən ilin çempionu "Faxralı" komandası ilə "Kirov" üz-üzə gəlib. Sonuncu çempion rəqibini 8:1 hesabı ilə darmadağın edərək, məğlub olmadan ikinci dəfə kuboku qazanıb.
Üçüncü yerin sahibi isə "Qızılkilsə" kollektivi olub. Yarışın ən yaxşı oyunçusu "Faxralı"nın hücumçusu Elşən Məmmədov, ən yaxşı qapıçısı çempionun "çərçivə qoruyucusu" Ramin Həsənzadə, bombardiri isə 26 qolla "Dəmirli"nin forvardı Polad Kərimov olub.
Qeyd edək turnirdə müxtəlif komandaların heyətində Elgün Nəbiyev, Tural Qürbətov, Ramiz Çovdarov, Nodar Məmmədov, Eşqin Quliyev kimi hazırda karyerası davam edən, eyni zamanda Samir Musayev, Arif İsayev, Elşən Məmmədov, Ramin Həsənzadə kimi ölkə futbolunda kifayət qədər tanınmış, milli komandamızın keçmiş üzvləri mübarizə aparıblar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz
Источник: