Day.Az представляет новость на азербайджанском языке
Şirvan şəhərində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 25 m² olan otağın eyvanının lambirindən ibarət yanar konstruksiyaları 5 m² sahədə və bitişik digər eyvanın lambirindən ibarət yanar konstruksiyaları 2 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı həcmi 40 litr olan məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.
Otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Источник: